Azərbaycan hökuməti ilə BVF arasında məsləhətləşmələr başlanıb

Azərbaycan hökuməti ilə BVF arasında məsləhətləşmələr başlanıb Maliyyə naziri Samir Şərifov Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi BVF missiyasını qəbul edib
Maliyyə
19 May , 2016 19:21
Azərbaycan hökuməti ilə BVF arasında məsləhətləşmələr başlanıb

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Valyuta Fondunun (IMF) Rəhbərlər Şurasında Azərbaycanı təmsil edən, maliyyə naziri Samir Şərifov IMF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul edib. Bu barədə "Report"a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ölkənin makroiqtisadi, fiskal və bank sektorundakı vəziyyət, habelə büdcə parametrləri üzrə fikir mübadiləsi aparılıb, xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması ilə bağlı hökumət tərəfindən atılan addımlar müzakirə olunub.

BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə göüşləri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi