Azərbaycan gömrükçüləri 23 mindən çox qaçaqmal siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 23 mindən çox qaçaqmal siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Maliyyə
24 Sentyabr , 2016 13:05
Azərbaycan gömrükçüləri 23 mindən çox qaçaqmal siqaret aşkar edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib. 

Məlumata görə, yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 2 adda 10350 ədəd siqaret aşkar edilərək götürülüb.

“Xanoba” gömrük postunda Rusiya istiqamətindən ölkəyə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik nəqliyyat vasitəsindən isə 13000 ədəd siqaret aşkar olunub. Siqaretlər avtomobilin salonunda və yük yerində gömrük nəzarətindən gizlədilmiş şəkildə yerləşdirilsə də gömrükçülərin diqqətindən yayınmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi