​Azərbaycan gələn il ixracı 8% azaldacaq

​Azərbaycan gələn il ixracı 8% azaldacaq İdxalın isə 7% azalacağı proqnozlaşdırılır
Maliyyə
23 Sentyabr , 2015 11:24
​Azərbaycan gələn il ixracı 8% azaldacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanda gələn il üçün ixracın həcmi 15,8 mlrd. ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

"Report"un 2016-cı il dövlət büdcəsi layihəsinə istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 12,5 mlrd. dollar və yaxud 44% az, bu ilin proqnozu ilə müqayisədə isə 1,5 mlrd. dollar və ya 8,1% azdır.

Növbəti il üçün idxal 8,2 mlrd. dollar həcmində proqnozlaşdırılır. Bunun da 6,8 mlrd. dolları və ya 83,3%-i qeyri-neft sektorunun payına düşəcək. İdxalın həcmi 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 1,1 mlrd. dollar və ya 11,8%, bu ilin gözləntisi ilə müqayisədə isə 0,6 mlrd. dollar və ya 6,8% azdır.

Qeyd edək ki, 2016-cı ildə qlobal iqtisadiyyatda qeyri-stabil proseslərin davam etməsi MDB ölkələri ilə sıx iqtisadi əlaqələri olan Azərbaycanın da idxal-ixrac əməliyyatlarına təsir edəcək.

Son xəbərlər

Orphus sistemi