Azərbaycan fond bazarı tarixi maksimuma çatıb

Azərbaycan fond bazarı tarixi maksimuma çatıb Qiymətli kağızlar bazarının artım tempi ölkə iqtisadiyyatının inkişaf dinamikasını bir neçə dəfə üstələyib
Maliyyə
16 Fevral , 2015 15:29
Azərbaycan fond bazarı tarixi maksimuma çatıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanda 2014-cü il ərzində qiymətli kağızlar bazarının artım tempi ölkə iqtisadiyyatının inkişaf dinamikasını bir neçə dəfə üstələyib. "Report"un verdiyi xəbərə görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov məlumat verib. 

O bildirib ki, qiymətli kağızlar bazarında əməliyyatların həcmi əvvəlki illə müqayisədə 50% artaraq 13,2 mlrd. manat təşkil edib və bu, Azərbaycanda qiymətli kağızlar bazarının formalaşdığı dövrdən bəri qeydə alınan ən yüksək göstəricidir.

Eyni zamanda, sədr müavini bazarın korporativ qiymətli kağızlar sektorunun yüksək artım tempi nümayiş etdirərək tarixi maksimuma çatdığını, korporativ qiymətli kağızlar sektorunun bazar payının ilk dəfə olaraq 50%-i ötdüyünü, iri regional layihələrin korporativ qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşdiyini və qiymətli kağızlar bazarında törəmə alətlərlə ticarət əməliyyatlarının həyata keçirildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi