Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb Bu gün qurumun ümumi illik yığıncağı keçirilib
Maliyyə
30 Sentyabr , 2016 12:49
Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) ümumi illik yığıncağı keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, yığıncaqda qurumun İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.

İndiyə qədər İH-də təmsil olunan "Standard Capital" və "Çelsi Kapital" MMC-lərin fond bazarını tərk etdikləri nəzərə alınaraq bu şirkətlər AFBİA-nın rəhbərliyindən kənarlaşdırılıb. Onların əvəzində "Azfinance İnvestisiya Şirkəti" QSC İH-yə daxil edilib. "Azfinance"ı AFBİA-da şirkətin direktor müavini, vaxtı ilə "Çelsi Kapital"ın direktoru vəzifəsində çalışmış İntiqam Səfərəliyev təmsil edəcək.

Yığıncaqca Assosiasiyaya yenidən "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin direktor müavini Ceyhun İbrahimovun rəhbərlik etməsi qərara alınıb. Bununla yanaşı, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, "Bakı Fond Birjası" QSC və Milli Depozit Mərkəzinin nümayəndələri də əvvəlki qaydada İH-də təmsil olunacaqlar.

Son xəbərlər

Orphus sistemi