​Azərbaycan əhalisinin nominal gəlirləri artıb

​Azərbaycan əhalisinin nominal gəlirləri artıb Gəlirlərin 78,2%-i son istehlak xərclərinə yönəldilib
Maliyyə
14 İyul , 2016 11:08
​Azərbaycan əhalisinin nominal gəlirləri artıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4% artaraq 21 493,9 milyon manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, gəlirlərin 78,2%-i son istehlak xərclərinə, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Gəlirlərin 9,8%-i isə yığıma yönəldilib.

Son xəbərlər

Orphus sistemi