Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri azalıb

Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri azalıb Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Maliyyə
17 Oktyabr , 2016 17:42
Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri azalıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi kredit faizlərinin ödənilməsinə 851,825 mln. manat sərf edib. 

"Report"un analitik qrupunun rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu, ölkə əhalisinin cəmi gəlirlərinin 2,6%-nə bərabərdir.

Beləliklə, əhalinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi azalıb. Həm də bu istiqamətdə sərf olunan vəsaitin həcmi illik müqayisədə 2,4% azalma olduğunu göstərir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,9%-ni və ya 872,9 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.

Son xəbərlər

Orphus sistemi