​Azərbaycan əhalisinin gəlirləri 8,3% artıb

​Azərbaycan əhalisinin gəlirləri 8,3% artıb Gəlirlərin 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib
Maliyyə
22 İyun , 2016 14:50
​Azərbaycan əhalisinin gəlirləri 8,3% artıb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 511,6 mln. manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu müddət ərzində əhalinin hər nəfərinə düşən gəlirlər isə 1 822,9 manat və ya ayda orta hesabla 364,6 manat təşkil edib.

Gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,5%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 846,9 mln. manat və ya əhalinin hər nəfərinə orta hesabla 1649,6 manat vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi