Azərbaycan əhalisinin gəlirləri 10% artıb

Azərbaycan əhalisinin gəlirləri 10% artıb İcbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirlər isə 9% artıb
Maliyyə
17 Mart , 2016 18:15
Azərbaycan əhalisinin gəlirləri 10% artıb

Bakı. 17 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında ölkə əhalisi 6 459,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 10,2% çox gəlir əldə edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, onun orta hesabla hər nəfərə düşən həcmi 673,3 manat təşkil edib. Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 5 769,5 mln. manatlıq və ya əvvəlki ildəkindən 9,4% çox vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi