Azərbaycan əhalisi nağd rubl satışını azaldıb

Azərbaycan əhalisi nağd rubl satışını azaldıb Bu, ölkəyə nağd pul vəsaiti axınının azalması ilə bağlıdır
Maliyyə
15 Sentyabr , 2015 14:30
Azərbaycan əhalisi nağd rubl satışını azaldıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində Azərbaycan əhalisi kommersiya banklarına 1 053,71 mln. rubl satıb, 190,818 mln. rubl alıb.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bunun nəticəsində kommersiya bankları əhalidən xalis 862,892 mln. rubl alıb.

Qeyd edək ki, bu rəqəm iyun ayı üzrə xalis satışdan 50,728 mln. rubl və ya 5,5% azdır.

Cari ilin 7 ayında banklara xalis rubl satışı 3,94 mlrd. rubl təşkil edib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 1,482 mlrd. rubl və ya 27,3% azdır. Azalma Rusiyada davam edən böhran səbəbindən bu ölkədən Azərbaycana nağd pul vəsaiti axınının azalması ilə izah olunur.

Son xəbərlər

Orphus sistemi