​Azərbaycan əhalisi nağd dollar alışını kəskin artırıb

​Azərbaycan əhalisi nağd dollar alışını kəskin artırıb Avroya xalis tələb isə 9% artıb
Maliyyə
17 Aprel , 2015 17:44
​Azərbaycan əhalisi nağd dollar alışını kəskin artırıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan əhalisinin ölkədə fəaliyyət göstərən kommersiya banklarından nağd ABŞ dollarının xalis alışı 3 419 340,5 min dollar təşkil edib. Fevral ayında əhalinin banklardan xalis dollar alışı 2 500 639,4 min təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.

"Report"un məlumatına görə, yanvar-fevral aylarında əhalinin xalis avro tələbi 199 996,5 min avro olub. Yanvar ayında əhali banklardan nağd olaraq xalis 95 686,2 min, fevralda isə 104 310,4 min avro alıb (aylıq artım - 9%).

Bununla yanaşı, hesabat dövründə əhali əksinə, xalis Rusiya rublu satışı həyata keçirib. Bu müddətdə əhali banklara xalis 451 500,7 min rubl satıb. Yanvarda xalis satış 254 550 min, fevralda isə 196 950,6 min rubl olub.

Ümumiyyətlə, fevralda daxili bazarda aparılan valyuta əməliyyatlarının həcmi 8 996,249 mln. manat təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə təxminən 2,9 dəfə çoxdur.

Qeyd edək ki, fevralın 21-də Azərbaycan Mərkəzi Bankı milli valyutanın 34%-lik devalvasiyasını həyata keçirib.

Son xəbərlər

Orphus sistemi