Bakı. 18 aprel. REPORT.AZ/ Сari ilin yanvar-mart aylarında Azərbaycan əhalisi gəlirlərinin 2,1%-ni və ya 199,5 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib.
"Report"un
Bu dövr ərzində gəlirlərin 75,7%-i son istehlak xərclərinə, 9,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqları, 12,6%-i isə yığıma yönəldilib.
Əhalinin sərəncamda qalan gəlirləri 8,6 mlrd. manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 5,3% çox olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə əhali gəlirlərinin 2,2%-ni kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Bu da əhalinin gəlirlərində faizlərin ödnilməsinə sərf edilən vəsaitin xüsusi çəkisinin azalmasını göstərir.
Xatırladak ki, ötən ilin birinci rübündə ölkə əhalisinin nominal gəlirləri 9,1 mlrd. manat, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat təşkil edib.