Azərbaycan EBRD-yə borcunu 4 mln. avro azaldıb

Azərbaycan EBRD-yə borcunu 4 mln. avro azaldıb EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 594 mln. avro civarındadır
Maliyyə
26 Oktyabr , 2016 13:40
Azərbaycan EBRD-yə borcunu 4 mln. avro azaldıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün ayırdığı vəsaitlərin həcmi 13 mln. avro yaxud 0,52% artaraq 2 525 mln. avroya yüksəlib. “Report”un məlumatına görə, Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 159-dan 160-a çatıb.

Hazırda EBRD Azərbaycanda 57 aktiv portfelə malik layihəni maliyyələşdirir.

Məlumata görə, hazırda Azərbaycanın Banka ödəmələrinin həcmi də 4 mln. avro yaxud 0,23% azalaraq 1 773 mln. avroya düşüb.

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 594 mln. avro civarındadır.

Son xəbərlər

Orphus sistemi