Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il 6% azalıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il 6% azalıb ARDNF bu ilin I rübündə neft-qaz sazişlərinin icrasından 1,939 mlrd. manat qazanıb
Maliyyə
1 May , 2015 15:28
Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il 6% azalıb

Bakı. 1 may. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2 028 mln. manat, büdcə xərcləri isə 2 335,6 mln. manat təşkil edib. "Report" xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Cari ilin ilk üç ayı ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 938,9 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 1 936,3 mln. manat, tranzit gəlirləri isə 2,6 mln. manat təşkil edib.

Hesabat dövründə ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirləri 89,1 mln. manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədən kənar gəliri 7 488,7 mln. manat təşkil dib.

Ş.Mövsümov həmçinin qeyd edib ki, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 1 941,7 mln. manat vəsait dövlət büdcəsinə transfer edilib.

Nəticədə 2015-ci il aprelin 1-nə Fondun aktivləri ilin əvvəlinə nisbətən 5,86% azalaraq 34 930,5 mln. dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi