​Azərbaycan Dövlət Neft Fondu riskli aktivlərini artırır

​Azərbaycan Dövlət Neft Fondu riskli aktivlərini artırır Son 3 ildə Fondun riskli aktivlərinin xüsusi çəkisi iki dəfədən çox artıb
Maliyyə
20 May , 2015 12:37
​Azərbaycan Dövlət Neft Fondu riskli aktivlərini artırır

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) məcmu aktivlərinin strukturunda riskli aktivlərin payı 2014-cü ilin sonunda 12,4%-ə çatıb.

"Report" xəbər verir ki, 2011-ci ilə qədər ARDNF-in investisiya portfelində riskli aktivlər kateqoriyasına aid edilən likvid olmayan məhsullar (səhm, qızıl və daşınmaz əmlak) olmayıb. Fond 2012-ci ildən portfeli diversifikasiya etmək məqsədi ilə həmin ilin sonuna məcmu aktivlərdə bu cür aktivlərin payını 5,6%-ə çatdırıb. Növbəti illərdə riskli aktivlərin payı artım tendensiyasını qoruyub və 2013-cü ildə ümumi aktivlər içərisində riskli məhsulların payı 9,8%-ə, 2014-cü ildə isə 12,4%-dək artıb.

Qeyd edək ki, risksiz aktivlər kateqoriyasına ancaq yüksək beynəlxalq reytinqə sahib olan ölkələrin dövlət qiymətli kağızları aid edilir və onların likvidliyi ən yuxarı səviyyədədir. Aktivlər arasında ən yüksək artım 5 ildən yuxarı olan uzunmüddətli aktivlər üzrə müşahidə olunub. Belə ki, 2012-ci ildə ümumi aktivlərdə 2% paya sahib olan uzunmüddətli aktivlərin xüsusi çəkisi 2014-cü ilin yekununda 9,1%-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi