​Azərbaycan Dövlət Neft Fondu daxili bazarda valyuta satışını dayandırıb

​Azərbaycan Dövlət Neft Fondu daxili bazarda valyuta satışını dayandırıb Bu barədə "Report"a bank dairələrindən məlumat verilib
Maliyyə
30 Oktyabr , 2015 17:15
​Azərbaycan Dövlət Neft Fondu daxili bazarda valyuta satışını dayandırıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin daxili açıq bazarında mütəşəkkil valyuta satışı əməliyyatlarını dayandırıb. Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.

Mütəşəkkil valyuta bazarında əsas valyuta satıcısı qismində Azərbaycan Mərkəzi Bankı, Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu çıxış edir. Azərbaycanda "üzən məzənnə" rejiminə keçməklə əlaqədar Mərkəzi Bank bir qədər əvvəl mütəşəkkil valyuta bazarında "oyunçular"ın sayının artmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, Neft Fondunun valyuta satış qiyməti Mərkəzi Bankın təklif etdiyi qiymətdən 0,001 manata yaxın aşağıdır.

Son xəbərlər

Orphus sistemi