Azərbaycan Dövlət Neft Fondu bu gün banklara daha 48 mln. dollar satıb

Azərbaycan Dövlət Neft Fondu bu gün banklara daha 48 mln. dollar satıb Hərraca çıxarılan valyuta kütləsinin 97%-i alınıb
Maliyyə
19 May , 2016 12:13
Azərbaycan Dövlət Neft Fondu bu gün banklara daha 48 mln. dollar satıb

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait valyuta hərracına çıxarılıb.

"Report" Fonda istinadən xəbər verir ki, bu vəsaitdən 41,4 mln. dollar 7 kommersiya bankı, 7 mln. dollar isə Azərbaycan Mərkəzi Bankı tərəfindən alınıb. Nəticədə, hərraca çıxarılan valyuta kütləsinin 96,8%-i (48,4 mln. dollar) banklar tərəfindən alınıb.

Son xəbərlər

Orphus sistemi