Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq noyabr ayının 6-na 3 056,84 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 95,53-ə bərabər olub. Noyabrın 6-na dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,01% artaraq 139 649 243 manat təşkil edib.
“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 872,26-ya bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,03 təşkil edib.