Azərbaycan dövlət büdcəsinin profisiti kəskin azalıb

Azərbaycan dövlət büdcəsinin profisiti kəskin azalıb Aylıq müqayisədə büdcə profisitinin ÜDM-ə nisbəti isə 3,6 faiz bəndi azalıb
Maliyyə
16 İyun , 2016 11:11
Azərbaycan dövlət büdcəsinin profisiti kəskin azalıb

Bakı. 16 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 5 453,9 mln. manat, xərcləri 5 316,1 mln. manat təşkil edib. "Report"un Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən verdiyi xəbərə görə, büdcənin icrasında 137,8 mln. manatlıq və ya ÜDM-in 0,6%-i qədər profisit yaranıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 4 713,6 mln. manat, xərcləri 3 999,8 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 4,2%-i qədər profisit formalaşıb. Yəni, aylıq müqayisədə profisit 5,2 dəfə, onun ÜDM-ə nisbəti isə 3,6 faiz bəndi azalıb.

Daxilolmaların 21,8%-i əlavə dəyər vergisi, 15,1%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 8,6%-i fiziki şəxslərin gəlir vergisi, 3,7%-i aksizlər, 9,1%-i digər vergilər, 41,7%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 20,2%-i ümumi dövlət xidmətləri, 18,2%-i sosial müdafiə və sosial təminat, 14,8%-i təhsil və səhiyyə sahələrinin, 12,2%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 34,6%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Son xəbərlər

Orphus sistemi