Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları azalıb

Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları azalıb Ən yüksək azalma isə aksizlər üzrə qeydə alınıb
Maliyyə
17 Fevral , 2016 10:19
Azərbaycan dövlət büdcəsinin gömrük daxilolmaları azalıb

Bakı. 17 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 103 626,66 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,12% azdır.

"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 26,6% azalaraq 23 442,44 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 17,6% artaraq 76 901,09 min manat, aksizlər 58,7% azalaraq 2 124,02 min manat, yol vergisi üzrə daxilolmalar isə 8,2% azalaraq 1 159,11 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi