​Azərbaycan bu il büdcə kəsirinin örtülməsinə özəlləşdirmədən 100 mln. manat yönəldəcək

​Azərbaycan bu il büdcə kəsirinin örtülməsinə özəlləşdirmədən 100 mln. manat yönəldəcək Yeni büdcə layihəsi gələn həftə hökumətə təqdim olunacaq
Maliyyə
28 Yanvar , 2016 18:21
​Azərbaycan bu il büdcə kəsirinin örtülməsinə özəlləşdirmədən 100 mln. manat yönəldəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsində cari kəsirin örtülməsinə özəlləşdirmədən 100 mln. manat həcmində gözlənilən mədaxilin yönəldilməsi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dürüstləşdirilmiş büdcə fevral ayının ilk həftəsində hökumətə təqdim ediləcək və əgər təsdiqlənərsə, parlamentin müzakirəsinə təqdim olunacaq.

"Dürüstləşdirilmiş büdcədə Vergilər Nazirliyinin xətti ilə daxilolmalarda əvvəl qeyd olunan gəlirin 200 mln. manat azalması, Dövlət Gömrük Komitəsinin gəlirlərinin isə 220 mln. manatdan çox artmasını proqnozlaşdırırıq", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi