Azərbaycan bölgələrində POS-terminalların sayı sürətlə artır

Azərbaycan bölgələrində POS-terminalların sayı sürətlə artır Ölkədəki terminalların 65%-i paytaxtın payına düşür
Maliyyə
16 May , 2015 09:03
Azərbaycan bölgələrində POS-terminalların sayı sürətlə artır

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda müxtəlif ərazilərdə quraşdırılan POS-terminalların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox, bu ilin əvvəlindən isə 6,3% artaraq 2015-ci il aprelin 1-nə 77 631 ədədə çatıb.

"Report"un verdiyi xəbərə görə, terminallardan 50 229-u və ya 64,7%-i Bakıda, 27 402-si və ya 35,3%-i regionlarda quraşdırılıb. Hesabata əsasən, regionlarda terminalların artım dinamikası paytaxtdan kəskin fərqlənib. Belə ki, paytaxtda terminalların sayında illik artım 63,8%, regionlarda 3,4 dəfə təşkil edib. İlin əvvəlindən isə paytaxt üzrə 0,4%, regionlar üzrə isə 19,3% artım müşahidə olunub.

Hesabata əsasən, 2015-ci il aprelin 1-nə Azərbaycanda hər 120 nəfərə bir POS-terminal düşüb. İlin əvvəlində isə bu göstərici 130 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi