Azərbaycan Beynəlxalq Bankının səhmlərinə maraq artıb

Azərbaycan Beynəlxalq Bankının səhmlərinə maraq artıb Təkrar bazarda Bankın 180 min səhmi alınıb
Maliyyə
22 Avqust , 2016 11:08
Azərbaycan Beynəlxalq Bankının səhmlərinə maraq artıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ay "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin satışı üzrə 6 əqd bağlanıb. "Report" BFB-yə istinadən xəbər verir ki, əqdlərə avqustun 2-də, 18-də və 19-da imza atılıb.

Bu əqdlər Bankın hər birinin nominal dəyəri 0,27 manat olan 179,8 min səhminin (48 546 manatlıq) alqı-satqısını nəzərdə tutur. Səhmlər təkrar bazarda əldə edilib. Qiymətli kağızları satan və alan tərəflərin kimliyi açıqlanmır.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb. Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC-yə, 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi