Azərbaycan Beynəlxalq Bankının daha 7 səhm zərfi satılıb

Azərbaycan Beynəlxalq Bankının daha 7 səhm zərfi satılıb Bu barədə Bakı Fond Birjasından məlumat verilib
Maliyyə
2 Sentyabr , 2016 09:38
Azərbaycan Beynəlxalq Bankının daha 7 səhm zərfi satılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 7 əqd bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, bu əqdlər Bankın hər birinin nominal dəyəri 0,27 manat olan 199 724 səhminin (53 925 manatlıq) alqı-satqısını nəzərdə tutur. Səhmlər təkrar bazarda əldə edilib. Qiymətli kağızları satan və alan tərəflərin kimliyi açıqlanmır.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb. Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC-yə, 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi