​Azərbaycan Beynəlxalq Bankında maaş kartlarının sayı artıb

​Azərbaycan Beynəlxalq Bankında maaş kartlarının sayı artıb Hazırda Bank 35 filiala və 43 şöbəyə malikdir
Maliyyə
25 İyul , 2016 12:50
​Azərbaycan Beynəlxalq Bankında maaş kartlarının sayı artıb

Bakı. 25 iyul. REPORT.AZ/ Cari il iyulun 1-nə Azərbaycan Beynəlxalq Bankının (ABB) aktiv ödəniş kartlarının sayı 1 286 100-ə çatıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, maaş kartlarının sayında ciddi artım baş verib. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Banka aid maaş kartlarının sayı 44 600 ədəd və ya 10,8% artaraq 456 600 olub.

Bu il ərzində Bankın ödəniş kartları ilə ümumilikdə 13 715 261 əməliyyat aparılıb. Hazırda Bankın 743 ATM-i fəaliyyətdədir və bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində ABB-nin 11 124 POS-terminalı müştərilərin xidmətindədir.

Hazırda Bank 35 filiala və 43 şöbəyə malikdir.

Son xəbərlər

Orphus sistemi