Azərbaycan Beynəlxalq Bankı zərərini açıqlayıb

Azərbaycan Beynəlxalq Bankı zərərini açıqlayıb Bu ilin ilk yarısında ABB-nin aktivləri 17% artıb
Maliyyə
10 Dekabr , 2015 14:25
Azərbaycan Beynəlxalq Bankı zərərini açıqlayıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ilin yanvar-iyun aylarındakı fəaliyyətinin yekunlarını açıqlayıb. "Report"un verdiyi xəbərə görə, Bankın bu rəsmi məlumatı "Deloitte" audit şirkəti tərəfindən təsdiqlənib. Nəticədə, Bankın 2015-ci il iyulun 1-nə konsolidasiya olunmuş maliyyə vəziyyətinə əsasən, ilk yarımillikdə 215,85 mln. manat zərər qeydə alınıb. Keçən ilin analoji dövrünü isə ABB 41,124 mln. manat mənfəətlə başa vurub.

İlin ilk yarısında Bankın aktivləri 1 558,84 mln. manat və ya 17% artaraq 10 757,61 mln. manata çatıb. Aktivlərdəki artım əsasən kreditləşmənin genişlənməsi ilə bağlı olub. Belə ki, 6 ay ərzində kreditlərin həcmi 1 497,61 mln. manat və ya 19% artaraq 9 352,61 mln. manat olub ki, bu da xarici valyutada verilən kreditlərdə əsasən yaranan məzənnə dəyişikliyi ilə (devalvasiya nəticəsində) əlaqədardır.

Hesabat dövründə ABB-nin problemli kreditlər üçün ehtiyat ayırmalarının həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 5 dəfədən çox artaraq 303,435 mln. manat təşkil edib. Bankın keçən ilin analoji dövrü ilə müqayisədə müştəri depozitəri üzrə ödənişləri 4 dəfəyə yaxın azalaraq 120,194 mln. manata düşüb, banklara borcu isə 15 dəfədən çox artaraq 447,990 mln. manata çatıb. Aktiv və öhdəliklərdə dəyişikliklər istisna edilməklə, bank əməliyyatlarında nağd vəsaitlərin hərəkəti (axını) keçən il müsbət 17,333 mln. manat olduğu halda, bu ilin ilk 6 ayında mənfi 151,881 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi