​Azərbaycan Beynəlxalq Bankı tarifləri dəyişib

​Azərbaycan Beynəlxalq Bankı tarifləri dəyişib Bank nağdlaşdırma üzrə komissiya haqqını 3 dəfə azaldıb
Maliyyə
16 May , 2016 10:50
​Azərbaycan Beynəlxalq Bankı tarifləri dəyişib

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) hissə-hissə ödəniş imkanlı kredit kartı olan “ElKart”dan istifadə tariflərini aşağı salıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu kartla verilən kreditlərin illik faiz dərəcəsi 36%-dən 22%-dək azaldılıb. Nağdlaşdırma üzrə komissiya haqqı isə 3%-dən 1%-ə enib.

Bundan başqa, kreditlərin rəsmiləşdirilməsi üzrə xidmət haqqı əgər əvvəllər kredit məbləğinin 2%-ni təşkil edirdisə, indi bu məbləğ cəmi 20 manatdır. “ElKart”la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir. Bu kartla 500 manatdan 5 000 manata qədər kredit əldə etmək olar.

Qeyd edək ki, ABB-nin 2014-cü ildə istifadəyə verdiyi “ElKart” Azərbaycanda buraxılmış ilk təmassız ödəniş kartıdır. “ElKart” “Visa Pay Wave” və “Mastercard Pay Pass” təmassız ödəniş xidmətlərini dəstəklədiyindən ödəniş zamanı kartın POS-terminala daxil edilməsinə gərək yoxdur. Kartlar SMS-Xəbərdarlıq xidmətinə də pulsuz qoşulur.

Son xəbərlər

Orphus sistemi