​Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının ümumi yığıncağı keçirilib

​Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının ümumi yığıncağı keçirilib Bankın 2014-cü ildə əldə etdiyi mənfəətin saxlanılması, nizamnamə kapitalının isə 29% artırılması qərara alınıb
Maliyyə
2 Aprel , 2015 18:13
​Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının ümumi yığıncağı keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2014-cü ilin maliyyə hesabatı təsdiq edilib, İdarə Heyətinin təklifinə əsasən, 2014-cü ildə əldə olunmuş 25,5 mln. manat məbləğində mənfəətin bölüşdürülməmiş mənfəət hesabında saxlanılması, həmçinin bankın nizamnamə kapitalının 200 mln. manat (təxminən 29%) artırmaqla 890 mln. manata çatdırılması barədə qərarlar qəbul edilib.

ABB-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, yığıncaqda qeyd olunan məsələlərlə yanaşı, təşkilati məsələyə də baxılıb. Məlum olduğu kimi, bankın Müşahidə Şurasının 2015-ci il 18 mart tarixində keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb. "Banklar haqqında" qanunun tələblərinə əsasən, İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C.Hacıyev tutduğu vəzifədən azad edilib. Hazırda İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

Son xəbərlər

Orphus sistemi