​Azərbaycan Beynəlxalq Bankı ötən il 114 nəfəri işdən çıxarıb

​Azərbaycan Beynəlxalq Bankı ötən il 114 nəfəri işdən çıxarıb 2015-ci ildə bankın işçilərinin sayı 1 418 nəfərdən 1 304 nəfərə qədər azalıb
Maliyyə
21 İyul , 2016 15:31
​Azərbaycan Beynəlxalq Bankı ötən il 114 nəfəri işdən çıxarıb

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) 2015-ci ildə işçilərinin sayını 1 418 nəfərdən 1 304 nəfərə qədər azaldıb.

"Report" xəbər verir ki, bu barədə bankın ötən ilin yekunlarına dair hesabatında bildirilib.

Hesabat əsasən, ABB ilin birinci rübündə işə 16 nəfər götürüb, ikinci rübdə isə elə bu qədər işçi ilə yollarını ayırıb. İlin üçüncü rübündə bankın işçilərinin sayı 42 nəfər, dördüncü rübdə isə 72 nəfər azalıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 275 138 000 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i fiziki şəxslərə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi