Azərbaycan Beynəlxalq Bankı ipoteka faizlərini artırmayacaq

Azərbaycan Beynəlxalq Bankı ipoteka faizlərini artırmayacaq Sədr müavini: "Kreditlərin bahalaşdırılması problem yarada bilər"
Maliyyə
6 Oktyabr , 2016 13:01
Azərbaycan Beynəlxalq Bankı ipoteka faizlərini artırmayacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini hələ artırmaq niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev məlumat verib.

Onun sözlərinə görə, kreditlərin bahalaşdırılması bu sahədə problem yarada bilər: "Odur ki, hələlik faizin artırılması barədə düşünmürük. Bu göstəricinin 10% civarında qalması məqbul hesab edilir".

Xatırladaq ki, ABB sonuncu dəfə bu ilin avqust ayından ölkədəki tikinti şirkətləri ilə əməkdaşlıq çərçivəsində verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini 2 faiz bəndi artırıb. 

Son xəbərlər

Orphus sistemi