Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) mayın 2-dən etibarən əmanət faizlərini artırıb. Müştərilərdən manat əmanətlərini 12 aydan 120 ayadək müddətə qəbul edən ABB-da illik faizlər müddətdən asılı olaraq indi 11,75%-ə qədər yüksəlib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, əmanətlər həm manat, həm də ABŞ dolları ilə qəbul edilir. Faiz gəlirlərinin aylıq, yaxud illik ödənilməsindən, eləcə də valyuta növündən asılı olaraq faizlər dəyişir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı hazırda 35 filial və 43 şöbəsi ilə müştərilərə xidmət göstərir.