Azərbaycan Beynəlxalq Bankı "Backbase" şirkəti ilə əməkdaşlığa başlayıb

Azərbaycan Beynəlxalq Bankı "Backbase" şirkəti ilə əməkdaşlığa başlayıb Müqavilə elektron bankçılıq sahəsində əməkdaşlıq əlaqələrini nəzərdə tutur
Maliyyə
30 Sentyabr , 2016 09:47
Azərbaycan Beynəlxalq Bankı Backbase şirkəti ilə əməkdaşlığa başlayıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bank texnologiyaları sahəsində dünya liderlərindən olan "Backbase" şirkəti (Hollandiya) arasında müqavilə imzalanıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "SİBOS 2016" beynəlxalq sərgi-konfransı çərçivəsində imzalanmış müqavilə elektron bankçılıq sahəsində əməkdaşlıq əlaqələrini nəzərdə tutur. Müqaviləni ABB tərəfdən Bankın İdarə Heyəti sədrinin müavini Ülvi Mansurov, "Backbase" şirkəti tərəfindən isə icraçı direktor Juk Plyayter (Jouk Pleiter) imzalayıb.

Proqram təminatlarının yaradılması ilə məşğul olan "Backbase" şirkətinin əsas missiyası müştərilərlə qarşılıqlı əlaqə sisteminin yaradılması, idarə edilməsi, optimallaşdırılması və təhlükəsizliyi məsələlərində maliyyə institutlarına dəstək verməkdir. Müqavilə çərçivəsində "Backbase" şirkəti ABB-yə də elektron bankçılığın inkişaf etdirilməsində kömək göstərəcək.

"Özünün yeni fəaliyyət strategiyasına uyğun olaraq rəqəmsal bankçılıq texnologiyalarının geniş tətbiqini planlaşdıran Bank müştərilərlə əlaqə kanallarını modernləşdirəcək. "Backbase" şirkəti tərəfindən yaradılan elektron bankçılıq proqram təminatı “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə yanaşı, törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın da fəaliyyətində tətbiq olunacaq", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi