Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb "Report": Azalma əsasən AMB vəsaitləri hesabına təmin edilib
Maliyyə
9 Sentyabr , 2016 17:58
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2016-cı il avqustun 1-nə 6 448,3 mln. manat təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, iyulun 1-nə olan analoji göstərici ilə müqayisədə 177,5 mln. manat və ya 2,68% azdır. İlin əvvəli ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 1 756,2 mln. manat və ya 21,4% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 113,1 mln. manat və ya 0,03% olub. 

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin ilin əvvəli ilə müqayisədə azalması AMB-nin kommersiya banklarına tələbinin artması ilə izah olunur: "Yəni, AMB kommersiya banklarına xarici borclarını ödəmək üçün ilin əvvəlindən 1,7 mlrd. manatdan çox vəsait verib".

Son xəbərlər

Orphus sistemi