Azərbaycan banklarının xarici borcu 12% azalıb

Azərbaycan banklarının xarici borcu 12% azalıb İllik müqayisədə isə bankların xaricə borcu 76% artıb
Maliyyə
11 Aprel , 2016 16:36
Azərbaycan banklarının xarici borcu 12% azalıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəlikləri 2016-cı il mart ayının 1-nə 7 411,6 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, kommersiya banklarının xarici öhdəliklərinin həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 974,3 mln. manat və ya 11,6% azalıb, ötən ilin analoji dövrünə nisbətən isə 3 181 mln. manat və ya 76,3% artıb. 

Qeyd edək ki, mənfi dinamikaya bankların öhdəliklərinin azalması səbəb olub. Belə ki, yanvar-fevral aylarında Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi orta hesabla 1,58 AZN/USD təşkil edib və məzənnə dəyişikliyi öhdəliklərin manat ekvivalentində dəyərinə təsir etməyib. Beləliklə, bankların martın 1-nə olan xarici öhdəliklərinin həcmi 4,9 mlrd. dollara yaxındır. Ümumiyyətlə, kommersiya banklarının AMB-yə qarşı və xarici öhdəliklərinin toplam cəmi 13 875 mln. manat və ya 9,1 mlrd. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi