Azərbaycan bankların mənfəət vergisindən azad edilməsi məsələsinə baxa bilər

Azərbaycan bankların mənfəət vergisindən azad edilməsi məsələsinə baxa bilər Nazir müavini: "Hələ müraciət yoxdur. Müraciət olarsa, hökumətdə buna baxmaq olar"
Maliyyə
29 İyun , 2016 15:11
Azərbaycan bankların mənfəət vergisindən azad edilməsi məsələsinə baxa bilər

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların əldə etdiyi mənfəətin vergidən azad edilməsi ilə bağlı hökumətə hər hansı təklif daxil olmayıb. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. 

İ.Vəliyev müraciət olduğu təqdirdə buna baxıla biləcəyini deyib: "Hələ müraciət yoxdur. Düşünürəm ki, əgər müraciət olarsa, buna hökumətdə baxmaq olar".

***

"Vergi borcu olan bankların digər kreditorlarla yanaşı büdcə ilə də hesablaşması bitəndən sonra borc məsələsi ləğv ediləcək". Bunu nazir müavini İ.Vəliyev bağlanan kommersiya banklarının ("United Credit Bank", "Eurobank", "Texnikabank") vergi borcu ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Son xəbərlər

Orphus sistemi