Azərbaycan bankları İranda fəaliyyətə başlaya bilər

Azərbaycan bankları İranda fəaliyyətə başlaya bilər İran banklarının Azərbaycanda fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
Maliyyə
14 İyun , 2016 13:32
Azərbaycan bankları İranda fəaliyyətə başlaya bilər

Bakı. 14 iyun. REPORT.AZ/ “İran banklarının Azərbaycanda fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, İranda da Azərbaycan bankları fəaliyyət göstərə bilər.

“İlkin razılaşma var ki, İran bankları Azərbaycanda fəaliyyətlərini genişləndirsin. Hazırda müzakirələr gedir və buna görə də detalları açıqlaya bilmərəm. Azərbaycan bankları İranda fəaliyyət göstərmək üçün investisiya mühiti ilə maraqlanır”, - deyə, nazir bildirib.

Son xəbərlər

Orphus sistemi