Azərbaycan bankı manat əmanətlərini bahalaşdırıb

Azərbaycan bankı manat əmanətlərini bahalaşdırıb Hazırda milli valyuta ilə əmanətlər illik 11-15%-lə qəbul edilir
Maliyyə
20 Sentyabr , 2016 15:15
Azərbaycan bankı manat əmanətlərini bahalaşdırıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından biri manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini artırıb. 

"Report" xəbər verir ki, söhbət "YapıKredi Bank Azərbaycan" QSC-dən gedir.

Belə ki, əgər indiyə qədər bank manatla 1 il müddətinə yerləşdirilmiş əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq illik 11-12% dividend ödəyirdisə, hazırda illik faizlər 11-15%-dir. Başqa sözlə, bank faizləri müddətin sonunda götürmək şərti ilə manat əmanətlərini bahalaşdırıb.

"YapıKredi Bank Azərbaycan" isə 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bankı"na, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi