Azərbaycan bankı istehlak kreditlərini bahalaşdırıb

Azərbaycan bankı istehlak kreditlərini bahalaşdırıb Hazırda kreditlər fiziki şəxslərə illik 34%-lə ayrılır
Maliyyə
24 Sentyabr , 2016 11:51
Azərbaycan bankı istehlak kreditlərini bahalaşdırıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Unibank" ASC müştərilərə verdiyi istehlak kreditlərinin illik faiz dərəcələrini 4-9% artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, əgər əvvəllər fiziki şəxslər illik 25-30%-lə kredit ala bilirdisə, hazırda faiz dərəcəsi 34%-dir.

Bankda istehlak kreditlərinin məbləği 300 manatdan 5 000 manata qədər dəyişir. Kreditin maksimal müddəti 24 aydır. Kreditə görə komisyon haqq isə borcun 2%-i qədər, minimum 20 manatdır.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "MBank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın nizamnamə kapitalı 70 565 232 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhm əsasında formalaşıb.

Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 15,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 8,33%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 15,2%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi