Azərbaycan bankı hərbçilər üçün kreditlərini ucuzlaşdırıb

Azərbaycan bankı hərbçilər üçün kreditlərini ucuzlaşdırıb Kreditdən gələn həftə yararlanmaq mümkün olacaq
Maliyyə
25 İyun , 2015 17:45
Azərbaycan bankı hərbçilər üçün kreditlərini ucuzlaşdırıb

Bakı. 25 iyun. REPORT.AZ/ "Turanbank" ASC 29 iyun - 1 iyul tarixlərində Müdafiə Nazirliyinin strukturlarının əməkdaşları üçün kredit faizlərində 3% endirim elan edir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Hazırda bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi