Azərbaycan "Bakı 2015"ə həsr olunmuş xatirə pul nişanları buraxıb

Azərbaycan "Bakı 2015"ə həsr olunmuş xatirə pul nişanları buraxıb Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir
Maliyyə
3 İyun , 2015 15:01
Azərbaycan Bakı 2015ə həsr olunmuş xatirə pul nişanları buraxıb

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Bakı 2015" I Avropa Oyunlarına həsr olunmuş yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxılıb.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb. Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub. Üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib.

Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi