Azərbaycan "Azərpoçt"la bağlı Dünya Bankına müraciət edib

Azərbaycan "Azərpoçt"la bağlı Dünya Bankına müraciət edib "Azərpoçt"un kredit vermək səlahiyyətlərinin genişləndirilməsinə dair Dünya Bankı ilə danışıqlar aparılır
Maliyyə
11 Mart , 2015 16:19
Azərbaycan Azərpoçtla bağlı Dünya Bankına müraciət edib

Bakı. 11 mart. REPORT.AZ / Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Mərkəzi Bank (AMB) "Azərpoçt" MMC-nin kredit vermək səlahiyyətlərinin genişləndirilməsinə dair Dünya Bankı (DB) ilə danışıqlar aparır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin I müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda DB-ya məsələ ilə bağlı xüsusi layihə hazırlanması istiqamətində müraciət edilib və iş gedir.

"Çünki "Azərpoçt"a verilən lisenziyada kreditlərlə bağlı bu günə qədər hüquqi səlahiyyətlər yox idi. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mili Bankla birgə ilkin olaraq hüquqi səlahiyyətlərin verilməsi üzərində iş aparır. İkinci məsələ bu addımların atılmasıdır. Bu balaca bir məsələ deyil. Bu o deməkdir ki, "Azərpoçt" fəaliyyətini tamamilə bank sisteminə uyğun qurmalıdır. Çox ciddi addımlar atılmalıdır", - nazir müavini qeyd edib.

İ.Məmmədov əlavə edib ki, artıq bu günlərdə AMB və RYTN Dünya Bankı ilə hüquqi addımların və hazırlıq işlərinin görülməsinə başlayıb: "Bunlar başa çatdıqdan sonra zəruri lisenziyanın verilməsinə və işlərin görülməsinə başlanılacaq". 

Son xəbərlər

Orphus sistemi