Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının iclasında iştirak edib

Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının iclasında iştirak edib Əsas müzakirə mövzusu beynəlxalq maliyyə şəbəkələrinin rəhbərləri ilə əməkdaşlıq təşəbbüsü olub
Maliyyə
12 Fevral , 2015 13:43
Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının iclasında iştirak edib

Bakı. 12 fevral. REPORT.AZ/ Madrid şəhərində (İspaniya) Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının 95-ci iclası keçirilib.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şuraya üzv dövlətlərin, Niderland, Avstriya, Azərbaycan, Çexiya, Finlandiya, Fransa, İrlandiya, Rumıniya, İspaniya vergi administrasiyaları nümayəndələrinin iştirak etdikləri iclasda ilk olaraq IOTA-nın 2012-2017-ci illər üzrə Strategiyasının icrası vəziyyəti müzakirə edilib, təşkilatın Nizamnaməsinə yenidən baxılması qərara alınıb.

İclasda əsas müzakirələrdən biri beynəlxalq maliyyə şəbəkələrinin rəhbərləri ilə əməkdaşlıq təşəbbüsü ilə bağlı olub. Bununla yanaşı, IOTA prezidenti seçkilərinin tarixinin dəyişdirilməsinin mümkünlüyü məsələsinə baxılıb.

İclasda Azərbaycanın vergilər nazirinin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədov iştirak edib.

Son xəbərlər

Orphus sistemi