Azərbaycan Auditorlar Palatası "Headstart International" ilə saziş imzalayıb

Azərbaycan Auditorlar Palatası "Headstart International" ilə saziş imzalayıb Azərbaycanda icbari auditə dövlət nəzarəti gücləndirilir
Maliyyə
25 Fevral , 2016 11:43
Azərbaycan Auditorlar Palatası Headstart International ilə saziş imzalayıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Auditorlar Palatası ilə “Headstart İnternational Consulting” MMC arasında əməkdaşlıq sazişi imzalanıb. "Report" xəbər verir, sazişi Auditorlar Palatasının sədri Vahid Novruzov və “Headstart İnternational"ın direktoru Seyid Əli imzalayıblar.

Palatanın sədri V.Novruzov deyib ki, Azərbaycanda auditorlara və audit yoxlamalarına inamın artması vacibdir. İcbari audit yoxlamaları və bu yoxlamalardan yayınma halları ilə bağlı məsələlərinə toxunan Palata sədri deyib ki, yeni Mülki Məcəllə qəbul edilib və ölkə başçısı bu məcəlləni təsdiq edib: "2011-ci ildəki Mülki Məcəllədə olduğu kimi, indiki məcəllədə də icbari audit yoxlamaları ilə bağlı müddəalar saxlanılıb. Ölkə başçısı Nazirlər Kabinetinə 3 ay vaxt verib ki, bununla bağlı təkliflər hazırlayıb prezidentə təqdim etsin".

Son xəbərlər

Orphus sistemi