Azərbaycan 2016-cı ilin büdcəsini neftin baza qiyməti 50 dollar olmaqla hazırlayacaq

Azərbaycan 2016-cı ilin büdcəsini neftin baza qiyməti 50 dollar olmaqla hazırlayacaq 2015-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 90 dollar/barel, ötən ilin büdcəsində isə 100 dollar/barel götürülüb
Maliyyə
1 Aprel , 2015 14:23
Azərbaycan 2016-cı ilin büdcəsini neftin baza qiyməti 50 dollar olmaqla hazırlayacaq

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinin layihəsi neftin baza qiyməti 50 dollar/barel olmaqla hazırlanacaq.

"Report"un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasında bildirib.

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsindən neftin baza qiyməti 90 dollar/barel, ötən ilin büdcəsindən isə 100 dollar/barel götürülüb.

Xatırladaq ki, dünya bazarında 2014-cü ilin yayında başlayan ucuzlaşma nəticəsdində neftin qiyməti təxminən 115 dollar/bareldən 55 dollar/barelə düşüb.

Son xəbərlər

Orphus sistemi