"Azər-Türk Bank" manat kreditlərini bahalaşdırıb

"Azər-Türk Bank" manat kreditlərini bahalaşdırıb Fiziki şəxslərə manatla verilən kreditlərin illik faiz dərəcələri 19-21%-dən 20-23%-dək artırılıb
Maliyyə
5 Oktyabr , 2016 13:09
Azər-Türk Bank manat kreditlərini bahalaşdırıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Azər-Türk Bank" ASC müştərilərə verdiyi istehlak kreditlərinin illik faiz dərəcələrini dəyişib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, fiziki şəxslərə manatla verilən kreditlərin illik faiz dərəcələri 19-21%-dən 20-23%-ə qədər artırılıb, dollarla verilən kreditlərin illik faiz dərəcələri isə 14-18%-dən 12-16%-ə qədər azaldılıb.

Hazırda "Azər-Türk Bank"da istehlak kreditləri 500 manatdan 15 min manata qədər, maksimum 24 aylıq müddətə ayrılır. Komissiya haqqı kreditin məbləğinin 1%-i qədərdir. Dollarla kreditlər yalnız gəliri xarici valyutada olanlara təqdim olunur.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi