​"Azər-Türk Bank"ın sabiq sədr müavini şirkət yaradıb

​"Azər-Türk Bank"ın sabiq sədr müavini şirkət yaradıb Azərbaycanda Bank aktivlərinin idarə edilməsi Agentliyi yaradılıb
Maliyyə
2 Sentyabr , 2015 10:45
​Azər-Türk Bankın sabiq sədr müavini şirkət yaradıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanda "Bank aktivlərinin idarə edilməsi Agentliyi" adlı MMC yaradılıb. "Report"un əldə etdiyi məlumata görə, Vergilər Nazirliyində qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 min manatdır.

Bakı şəhərinin Səbail rayonu İslam Səfərli küçəsi,5 ünvanında yerləşən MMC-nin qanuni təmsilçisi isə Süleyman Bəkir oğlu Bəkirovdur.

Xatırladaq ki, S.Bəkirov bundan öncə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədr müavini olub.

Son xəbərlər

Orphus sistemi