“Azər-Türk Bank”ın aktivləri 2 dəfədən çox artıb

“Azər-Türk Bank”ın aktivləri 2 dəfədən çox artıb Bankın mənfəətində kəskin artım qeydə alınıb
Maliyyə
21 İyul , 2016 14:23
“Azər-Türk Bank”ın aktivləri 2 dəfədən çox artıb

Bakı. 21 iyul. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin aktivləri illik 2,3 dəfə artaraq cari il iyulun 1-nə 880 864 285 manata çatıb. Kredit portfeli isə bu müddətdə 44,9% azalaraq 154 007 182 manat təşkil edib.

"Report"un banka istinadən verdiyi məlumata görə, bank cari ilin birinci yarısında 8 900 960 manat mənfəət əldə edib. Faiz gəlirləri 10 990 391 manat, faiz xərcləri 2 775 463 manat, qeyri-faiz gəlirləri 15 313 815 manat, qeyri-faiz xərcləri 751 560 manat olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə bank cəmi 224,87 min manat mənfəət əldə edib.

Cari il iyulun 1-nə bankın nizamnamə kapitalı dəyişməz qalaraq 50 mln. manat təşkil edib. 

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə (Əmlak Məsələləri Dövlət Komitəsi) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi