Azad Cavadov: "Alfa Sığorta"nın satılacaq elə bir aktivi yoxdur"

Azad Cavadov: "Alfa Sığorta"nın satılacaq elə bir aktivi yoxdur" Azərbaycan Əmanətlərin Sığortalanması Fondu şirkətdən fayda götürməyəcək
Maliyyə
26 Avqust , 2016 15:40
Azad Cavadov: Alfa Sığortanın satılacaq elə bir aktivi yoxdur

Bakı. 26 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə bu gün lisenziyası ləğv edilmiş "Alfa Sığorta" ASC-nin satılacaq elə bir aktivi yoxdur. Bunu "Report"a açıqlamasında Şirkətin 100% təsisçisi, hazırda ləğvetmə prosesində olan "Texnikabank" ASC-nin ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov deyib.

"Bu şirkətin elə bir əmlakı yoxdur ki, Fond onu satıb faydalansın. "Alfa Sığorta"nın cəmi 5 mln. manat kapitalı olub, onu da "Texnikabank"da yerləşdiriblər. Bank həmin vəsaiti batırıb", - deyə ADİF rəhbəri qeyd edib.

"Texnikabank"ın 100% törəməsi olan "Kapital Menecment İnvestisiya Şirkəti" QSC-nin gələcək taleyinə gəldikcə isə, A.Cavadov bu şirkətin lisenziyasının ləğvi məsələsinin MBNP-nin ixtiyarında olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi