​Azad Cavadov "Alfa Sığorta"nın rəhbərliyinə gətirilib

​Azad Cavadov "Alfa Sığorta"nın rəhbərliyinə gətirilib Qeyd edək ki, "Alfa Sığorta"nın vahid səhmdarı lisenziyası ləğv edilmiş "Texnikabank"dır
Maliyyə
16 İyun , 2016 12:04
​Azad Cavadov Alfa Sığortanın rəhbərliyinə gətirilib

Bakı. 16 iyun. REPORT.AZ/ İyunun 14-də "Alfa Sığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Şirkətdən "Report"a verilən məlumata görə, toplantıda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadovun “Alfa Sığorta”nın Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi ilə bağlı qərar qəbul olunub.

Xatırladaq ki, "Alfa Sığorta"nın 100% səhmdarı lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-dir. Bankın ləğvedicisi qismində isə ADİF çıxış edir.

Son xəbərlər

Orphus sistemi