​"AXA-Mbask" sığorta agentliklərinin növbəti forumunu keçirib

​"AXA-Mbask" sığorta agentliklərinin növbəti forumunu keçirib Şirkətin bütün sığorta növləri üzrə fəaliyyət göstərən 80-ə yaxın sığorta məntəqəsi açılıb
Maliyyə
17 Oktyabr , 2014 15:23
​AXA-Mbask sığorta agentliklərinin növbəti forumunu keçirib
Bakı. 17 oktyabr. REPORT.AZ/ Azırbaycanın "AXA-Mbask" sığorta şirkəti Qax rayonunda “Etibarlı və asan xidmət modeli” adlı Sığorta Agentliklərinin IV illik forumunu keçirib. Bu barədə "Report"a sığorta şirkətinin baş ofisindən məlumat verilib.

Üç gün davam edən tədbirdə "AXA-Mbask"la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər.

Forumun birinci günü yerli sığorta bazarının potensialına və mövcud problemlərinin müzakirəsinə həsr edilib. İkinci gün iştirakçılara xaricdən xüsusi dəvət olunmuş ekspertlər satışla bağlı geniş treninqlər keçiriblər.

Həmçinin forumda keçən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar və strategiya, agent şəbəkəsi vasitəsilə könüllü və icbari sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Xatırladaq ki, "AXA-Mbask" sığorta şirkəti 2010-cu ildə AXA Qrupun beynəlxalq standartlarının Azərbaycan sığorta bazarında tətbiqinə başlayıb. Sığorta agentliklərin şəbəkəsi vasitəsilə satışın inkişafı planını həyata keçirərək qısa bir müddətdə Azərbaycanın bütün regionlarında sığorta polislərinin satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər, eləcə də maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə fəaliyyət göstərən 80-ə yaxın sığorta məntəqəsi açılıb.

Son xəbərlər

Orphus sistemi